Mircəfər Bağırovun müharibəyə yola saldığı azərbaycanlı (VİDEO)
Tarix: 8-05-2015, 17:53 | Çap et
Mircəfər Bağırovun müharibəyə yola saldığı azərbaycanlı (VİDEO)
Sabah Böyük Vətən Müharibəsində əldə edilən Qələbənin 70 illiyi qeyd ediləcək.
Azərbaycandan 700 bu müharibədə minə yaxın insan iştirak edib, onlardan 300 mini həlak olub.
II Dünya Müharibəsində iştirak edən azərbaycanlıdan biri də 89 yaşlı Davud Novruzovdur.

ANS TV-nin məlumatına görə, 40-cı illərdə elə bir Azərbaycan ailəsi olmayıb ki, faşizm kabusu o evdən yan keçmiş olsun. Müharibə Azərbaycan sərhədlərindən çox-çox uzaqda getsə də ölkəmiz onun ağırlığını heç də aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən az hiss etməyib. Hərbi əməliyyatların başlandığı ilk gündən 11 mini qadın olmaqla, 700 min nəfərə qədər azərbaycanlı cəbhə yolu keçib.

89 yaşlı Davud Novruzov 73 il əvvəl cəbhəyə gedəndə 16 yaşında idi. Onu müharibəyə o zamanki Azərbaycan hökumətinin rəhbəri Mircəfər Bağırov özü şəxsən yola salıb. O da yüzlərlə Azərbaycan oğlu kimi silaha sarılıb, uzaq Ukrayna meşələrində Donetskin azadlığı yolunda faşizmlə mübarizə aparır. İkinci Dünya Müharibəsində gecə-gündüz səngərlərdə vuruşan qəhrəmanımız döyüşlərin birində qolundan yaralanır.

Müharibə veteranı Davud Novruzov deyir ki, gecə səhərə qədər döyüşlər davam edirdi. Cəbhədə göstərdiyi şücaətə görə medal və ordenlərlə təltif olunan Davud baba indi onları həmin acı illərin şirin xatirəsi olaraq göz bəbəyi kimi qoruyub saxlayır.

Davud baba isə hələ də ümidlidir. O öz torpağımızda yeni qələbə gözləyir. Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günədək hələ yaşayacaq deyir. Müstəqil Azərbaycan naminə!







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net