Ukrayna prezidenti müharibənin statistikasını açıqlayıb
Tarix: 8-05-2015, 17:37 | Çap et
Ukrayna prezidenti müharibənin statistikasını açıqlayıb
Ukraynanın şərqində bir ildən çoxdur davam edən müharibədə təqribən 7 min mülki vətəndaş ölüb.

ANS PRESS-in məlumatına görə, bunu Ukrayna prezidenti Petro Poroşenko bu gün ölkə parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mindən çox insan itkin düşüb. Rusiyanın təcavüzü nəticəsində 1657 Ukrayna əsgəri həlak olub.

Dövlət başçısı Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırıb və Kremli bu addımı dayandırmağa çağırıb, seperatçıları atəşkəsi pozmaqda günahlandırıb.

Xatırladaq ki, BMT-nin yaydığı son məlumata əsasən, bu münaqişədə 6300 nəfərə yaxın insan dünyasını dəyişib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net