Moskvada azərbaycanlılarla taciklər arasında kütləvi dava
Tarix: 8-05-2015, 12:45 |
Çap et
Moskvanın cənub-şərqindəki kafelərdən birində baş verən kütləvi dava zamanı bıçaqla silahlanmış cinayətkarlar beş nəfəri yaralayıblar.
Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə paytaxt polis idarəsinin mətbuat xidmətindən məlumat veriblər.
Xatırladaq ki, hadisə mayın 7-si Sudostroitelni küçəsində “Qibris” kafesində baş verib. Dava edənlərin və yaralananların bir neçəsi Tacikistan və Azərbaycan vətəndaşlarıdır.
Polis əməkdaşları cinayətkarların saxlanılması istiqamətində tədbirlər görürlər