İranda mühafizəçinin xadiməni zorlamaq istədiyi otel yandırıldı
Tarix: 8-05-2015, 11:32 | Çap et
İranda mühafizəçinin xadiməni zorlamaq istədiyi otel yandırıldı
İranın Mahabad şəhərində etiraz aksiyasının iştirakçıları "Tarai" mehmanxanasını yandırıblar.

"Report" xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb.

Xəbərə görə, 23 yaşlı qadın xidmətçi Fərinaz Xosrovniyə təhlükəsizlik orqanlarından birinin əməkdaşı təcavüz etmək istəyib. Otelin sahibinin baş verənlərə göz yumması qarşılığında məmur ona "5 ulduzlu" mehmanxana verəcəyinə boyun olub. Hakimiyyət təmsilçisinin zorakılığından qurtulan qadın mehmanxananın 4-cü mərtəbəsindən özünü ataraq, aldığı xəsarətdən yerindəcə ölüb.

Baş verənləri şəhər valisi Cəfər Kətani də təsdiqləyib. Şübhəli şəxs saxlanılıb.

Məlumatda bildirilib ki, mehmanxananın ətrafına minlərlə etirazçı toplaşıb. Polislərlə etirazçılar arasında qarşıdurma yaranıb.

Tutulanlar və yaralananlar var.İranın Mahabad şəhərində etiraz aksiyasının iştirakçıları "Tarai" mehmanxanasını yandırıblar.

"Report" xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb.

Xəbərə görə, 23 yaşlı qadın xidmətçi Fərinaz Xosrovniyə təhlükəsizlik orqanlarından birinin əməkdaşı təcavüz etmək istəyib. Otelin sahibinin baş verənlərə göz yumması qarşılığında məmur ona "5 ulduzlu" mehmanxana verəcəyinə boyun olub. Hakimiyyət təmsilçisinin zorakılığından qurtulan qadın mehmanxananın 4-cü mərtəbəsindən özünü ataraq, aldığı xəsarətdən yerindəcə ölüb.

Baş verənləri şəhər valisi Cəfər Kətani də təsdiqləyib. Şübhəli şəxs saxlanılıb.

Məlumatda bildirilib ki, mehmanxananın ətrafına minlərlə etirazçı toplaşıb. Polislərlə etirazçılar arasında qarşıdurma yaranıb.

Tutulanlar və yaralananlar var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net