Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxmaq istəyir
Tarix: 8-05-2015, 10:28 |
Çap et
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın daxili qiymətli kağızlar bazarında istiqrazların buraxılması imkanlarını nəzərdən keçirir.
Oxu.az xəbər verir ki, bu barədə fikir Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı ilə Asiya İnkişaf Bankı (AİB) nümayəndə heyətinin rəhbəri Pier Van Peteghemin görüşündə səsləndirilib.
“Qonaq, AİB-in Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına yeni töhfə vermək niyyətinin olduğunu diqqətə çatdırdı.
Pier Van Peteghem AİB-in yerli bazarda istiqraz buraxmaq təşəbbüsü ilə bağlı QKDK və aidiyyəti qurumlarla əməkdaşlığa böyük önəm verdiyini xüsusi olaraq qeyd etdi”, - komitənin məlumatında deyilir.
Öz növbəsində, R.Aslanlı Asiya İnkişaf Bankının təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycanın kapital bazarında mövcud olan infrastrukturun, likvidlik və dayanıqlılığın bəhs olunan məsələlərin reallaşdırılmasına dəstək göstərəcəyinə əmin olduğunu bildirib.