“Bu gün cəmiyyətlə işləyən bir jurnalistlərdir, bir də QHT-lər, onlara diqqət artırılmalıdır”
Tarix: 25-11-2021, 09:00 | Çap et
“Bu gün cəmiyyətlə işləyən bir jurnalistlərdir, bir də QHT-lər, onlara diqqət artırılmalıdır”

QHT rəhbərləri Agentliyinin Müşahidə Şurasına yeni icraçı direktor təyinatından danışdılar; təkliflər verdilər
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına yeni icraçı direktor təyin edilib. Yeni icraçı direktor Aygün Əliyevan 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB-də İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

Qeyd etmək yerinə düşər ki, son illərdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı narazılıqlar səngimək bilmirdi. Bəs görəsən, yeni təyinat nələri dəyişəcək? Bəzi ekspertlər bu dəyişikliyin tam zamanında verildiyini, bu sahədə bir sıra yeniliklərin olacağını bildirirlər.

Bəs görəsən, QHT sektorunda bununla bağlı nə düşünürlər, gözləntilər nədir?

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkənin ən stajlı hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzunu “Yeni Müsavat” a belə şərh edib: “Aygün Əliyevanın bu vəzifəyə təyin edilməsi təqdirəlayiq addımdır. Bir çox insanlardan soruşub, maraqlandıq, dedilər ki, Aygün xanım çox savadlı, bacarıqlı xanımdır. Mən xanımların vəzifəyə gətirilməsinə sevinirəm. Agentlikdə daha bir xanım - Günel Səfərova Müşahidə Şurasının üzvü kimi çalışır, ona çox hörmət edirəm. Aygün xanım da gəldi, görək necə işləyəcəklər. Çox şad oluram ki, qadınları irəli çəkirlər. Yaxşı işləyəcək tərifləyib göylərə qaldıracağıq, pis işləyər tənqid edəcəyik.

Bu gün bizim qeyri-hökumət təşkilatları sıfır vəziyyətdədir. Bu gün cəmiyyətlə işləyən bir jurnalistlərdir, bir də QHT-lərdir ki, onlara diqqət artırılmalıdır, fəaliyyəti daha parlaq görünməlidir. Düzdür, 44 günlük müharibədə qalib olmuşuq, amma illərlə gözlədiyimiz bu uğuru əlimizdə saxlamaq üçün millətin birliyi lazımdır. Bunun üçün də QHT-lər, jurnalistlər bir yerdə görülən işlərlə bağlı tənqidi fikirlər də səsləndirə, ictimaiyyətə məlumat ötürə bilərlər. Harada yanlışlığa yol verilibsə, bunlar deyilməlidir ki, millət bir-birinə yaxın olsun, bir-birini sevsin. Millətlə hökumət arasında təmas olmasını jurnalistlərlə QHT-lər təmin edir. Hamı bilir ki, aşağı instansiyada bəzi məmurlar nə istəyirlər edirlər. Millətin sözünü hökumətə çatdırmaq lazımdır, eyforiyaya qapılmamalıyıq. Düşmən hər tərəfdə var, hansı tərəfdən yel əsir, bilirik. Onların qarşısında durmaqdan ötrü QHT-lər vacib bir qurum kimi ortalığa çıxmalıdır və vacib bir qurum kimi dövlətə, millətə dəstək olmalıdırlar. Millətlə hakimiyyət arasında o boşluğu doldurmalıdır. Bu böyük missiya həm jurnalistlərin, həm də QHT-lərin çiynindədir. Agentliyə bacarıqlı insanlar gəlib, Günel Səfərova, Vüsal Quliyev, indi də Aygün xanımın ora gəlməsi gələcəkdə nailiyyətlərin əldə olunacağından xəbər verir. Qeyri-hökumət təşkilatları böyük institut olmalı, dövlətə, millətə dəstək olmalıdır".

Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam" - Günel Səfərova » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
“Bu gün cəmiyyətlə işləyən bir jurnalistlərdir, bir də QHT-lər, onlara diqqət artırılmalıdır”
Günel Səfərova

“Vətəndaş” İctimai Birliyinin sədri, QHT-a Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Aygün xanımın tərcümeyi-halı ilə tanış olduqda biz gördük ki, onun əvvəllər ictimai-sosial fəaliyyəti olub. Qeyri-hökumət təşkilatları ilə kifayət qədər tanışdır. Yeni Azərbaycan Partiyasında da fəaliyyəti olub və ictimai tədbirlərin təşkili, ictimai proseslərlə bağlı məlumatlıdır. TƏBİB-də də icraedici bir fəaliyyəti olubdur. Əlbəttə, bizim əsas gözləntilərimiz vətəndaş cəmiyyətinin əsas subyekti olan qeyri-hökumət təşkilatları ilə fəaliyyətin daha da gücləndirilməsi əsas götürülür. Eyni zamanda şəffaf fəaliyyətin önə çəkilməsi, qeyri-hökumət təşkilatlarına həm institutsional, həm maddi, həm də onların təlimatlandırılması istiqamətində dəstək verməyimiz vacibdir. Biz hazırda on bir nəfər Müşahidə Şurasının üzvüyük. Aygün xanımın icraçı direktor təyin olunması bir qadın kimi məni sevindirir. Bəli, qadınların səlahiyyətlərinin artırılması, vəzifələrə təyinatı məsələsi çox vacib bir məqamdır. Zaman-zaman gender sahəsində mütəxəssis kimi şikayətlər edirdik ki, qadınların bu sahədə iştirakçılıq səviyyəsi o qədər də yüksək deyil. Amma son zamanlar biz izləyirik və görürük ki, qadınların səlahiyyətlərinin artırılması prosesi gedir. Bu, təbiidir. Bu, kvotaya görə atılan addım da deyil. Ümumiyyətlə, cəmiyyətdə inkişaf etmək strategiyası həm də bu məsələlərə bağlıdır. Sözsüz ki, bizim gözləntimiz çoxdur. Bunlar daha çox icraedici mərhələdə özünü göstərəcək və mən çox ümidliyəm ki, vətəndaş cəmiyyəti bu sahədə uduşlu çıxacaq. Doğrudan da uzun müddətdir qeyri-hökumət təşkilatlarının fəaliyyətində canlanmaya və bu sahənin dinamik inkişaf etməsinə ehtiyac var. Bu baxımdan qadının təyin olunması da məni sevindirir. Hələ ki vəzifəsinə yeni başlayır. Məndə bir əminlik var ki, ümumiyyətlə, qadının olduğu məkanda səliqə-sahman, sosial düşüncə, ədalət prinsiplərinə daha çox həssas yanaşılır və qorunur. Bunun üçün də düşünürəm ki, yaxın gələcəkdə bu fərq hiss olunacaq. Həm cəmiyyət, həm də vətəndaş cəmiyyəti əsaslı surətdə dəyişikliklərin şahidi olacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net