Universitet tələbəsi deputat oldu
Tarix: 8-05-2015, 10:02 | Çap et
Universitet tələbəsi deputat oldu
İngiltərədə keçirilən parlament seçkisində uğura imza atan Şotland Milli Partiyasının namizədi 20 yaşlı ali məktəb tələbəsi Mhairi Blask parlamentə girməyə nail olub.

ANS PRESS-in məlumatına görə, Blask son 400 ildə ölkə parlamentinə girən ən cavan millət vəkili olub.

Mhairi Blaskın bu uğuru Şotlandiyanın Peysli bölgəsindən seçilən millət vəkili Duqlas Aleksandrı yerindən edib. Belə ki, “Fəhlə Prtiyası”nın üzvü və əvvəlki hökumətdə xarici işlər nazirinin müavini olan 47 yaşlı Aleksandr ümumi səslərin 17 864-nü toplaya bilib. Blask isə həmin məntəqədə bütün səslərin 23 548-ni toplayaraq ərazi üzrə millət vəkili seçilib.

Blaskın, “Glasgow” universitetinin dövlət idarəçiliyi kafedrasının son kursunda oxuduğu və imtahanları verərək məzun olmağa hazırlaşdığı bildirilir.

İngiltərədə millət vəkilliyi yaşı 2006-cı ildə 21-dən 18-ə düşürülüb.

Qeyd edək ki, 1667-ci ildə İngiltərədə Xristofer Monk 13 yaşında icmalar palatasının üzvü seçilmişdi.

Universitet tələbəsi deputat oldu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net