ABŞ ən böyük neft dördlüyünə düşür
Tarix: 8-05-2015, 09:40 |
Çap et
ABŞ 2025-ci ildə gün ərzində 2,4 milyon barrel neft ixrac edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumat “Turner, Mason & Co” şirkətinin hesabatında yer alıb.
Şirkətin hesabatına görə, ABŞ-ın ixraca qoyduğu qadağanı ortadan götürməsi bu inkişafa yardım edəcək:
“ABŞ hazırda gündəlik 1-1,5 milyon barrel neft ixrac edir. ABŞ-ın ixraca qoyduğu qadağanı götürməsi onun neft ixracında Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən sonra dördüncü yerdə qərarlaşmasına yardım edəcək”.