Bill Gates xəbərdarlıq etdi: Dünyanı yeni təhlükə gözləyir
Tarix: 12-11-2021, 10:41 | Çap et
Bill Gates xəbərdarlıq etdi: Dünyanı yeni təhlükə gözləyir

Dünyada "COVID-19" və onun variantları ilə bağlı mübarizə davam edərkən, Bill Qeyts daha bir əhəmiyyətli açıqlama verib.
Vertikal.az xəbər verir ki, "CNN Türk"ün verdiyi məlumata görə, Qeyts planeti gözləyən yeni təhlükə barədə xəbərdarlıq edib.

Qeyts "G20" sammitinin bəyanatında qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını izah edib. Dünyanın hərarət artımını 1,5 dərəcə ilə məhdudlaşdırma hədəfini əldən verəcəyi ilə bağlı xəbərdarlıq edən Qeyts açıqlamasına çoxlu şərhlər verib.

Dünya əhalisinin 65 faizinin Çin və Hindistan da daxil olmaqla orta gəlirli ölkələrdə yaşadığının vurğulayan Geyts: “Dünyada emissiyaların çoxu orta gəlirli ölkələrin payına düşür, İqlim üçün açarlar bunlardır" - deyib.

Qeytsin bu açıqlamalarının əks-sədası davam edərkən, BMT Baş katibi Antonio Quterreşdən etiraf kimi bəyanatlar gəlib. Quterreş qeyd edib ki, sammitdə hökumətlər çox güman ki, karbonmonoksit emissiyalarını kifayət qədər azaltmaq üzrə öhdəliklərini yerinə yetirməyəcəklər. Alimlər deyirlər ki, sənaye inqilabından əvvəlki dövrlə müqayisədə qlobal orta temperatur artımının 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması bəşəriyyətin iqlim dəyişikliyinin ən pis nəticələrindən qaçması deməkdir.

Qeytsin xəbərdarlıqları bununla məhdudlaşmır. O, həmçinin deyir ki, biz növbəti pandemiyaya hazır deyilik: “Epidemiya hazırlıqlarına göstərilən marağın gözlədiyimdən aşağı olmasından bir az narahatam. Dünya növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal edərək, sonrakı 100 gündə vaksinin milyardlarla insana çatmasına hazır olmalıdır. Bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Ancaq çatışmayan yeganə məqam hələ də lazımi addımların atılmamasıdır.”, -deyə Qeyts bildirib.

Qeytsin həmtəsisçisi olduğu Bill və Melinda Qeyts Fondu bazar ertəsi açıqlanan hesabatda ölkələri səhiyyə sistemlərinə, o cümlədən peyvənd istehsal etmək qabiliyyətinə daha çox sərmayə qoymağa çağırıb. Hesabatda bildirilir ki, pandemiyaya son qoymaq üçün istifadə olunan vasitələr, əsasən, digər yoluxucu xəstəliklərlə mübarizədə istifadə olunanlarla eynidir. Həmin hesabatda peyvənd ədalətsizliyinə diqqət çəkilib və bunun dünyada epidemiyaya qarşı ən böyük problemlərdən biri olduğu vurğulanıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net