Deputat: “ABŞ istəyir ki, onun diqtəsi ilə oturub-duraq”
Tarix: 7-05-2015, 15:17 |
Çap et
“Con Kerri çoxdan ermənipərəst mövqeyi ilə dünyada ad qazanıb və bu mənada onun son addımlarında da təəccüblü bir şey yoxdur”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın uğurları ermənipərəst qüvvələri narahat etdiyi kimi, Con Kerrini də narahat edir:
“Gəlin elementar bir müqayisə aparaq. Bu gün ABŞ-da bərəbərhüquqlu vətəndaş olmalarına baxmayaraq, qara dərili insanlar təzyiq və təqiblərə məruz qalır. Özü də bu təzyiqlərin başında asayişi qorumağa borclu olan polislər dayanır. Və ya Quantonamo həbsxanasında müsəlman dustaqların başına oyun açırlar. Aksiyaya qatılan vətəndaşlara qarşı amansız münasibət hökm sürür. Bütün bu olanlar göstərir ki, ABŞ-da heç də iddia edildiyi kimi, demokratiya yoxdur və Amerika demokratiyanın yayılması ilə yox, imitasiyası ilə məşğuldur. Harda öz maraqları təmin olundu, orada bütün nöqsanlara göz yumulur, harda ki, maraqları təmin olunmadı, orda “insan haqları” məsələsi gündəmə gətirilir. Azərbaycana qarşı təzyiqlərin arxasında ölkəmizin güclənməsi, dünya siyasətində təsir imkanlarını artırması və müstəqil siyasət yürütməsi faktı dayanır. ABŞ istəyir ki, biz onun diqtəsi ilə hərəkət edək, oturub-duraq. Bu isə bizim apardığımız və milli maraqlara söykənən siyasətlə bir araya sığmır. Azərbaycan heç kimin diqtəsi ilə hərəkət etmir və bundan sonra da etməyəcək”.