Azərbaycan yığması reytinq cədvəlində geriləyib
Tarix: 7-05-2015, 13:18 | Çap et
Azərbaycan yığması reytinq cədvəlində geriləyib
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin 209 yığmasının yer aldığı siyahıda cüzi dəyişikliklər baş verib.

Buna səbəb son ayda hesabat dövründə rəsmi oyunların sayının az olmasıdı. Lakin dəyişikliklər 28 gündə heç bir matça çıxmayan Azərbaycan yığmasının mövqeyinə də təsir edib.

Belə ki, hesabında 264 xal olan komandamız 116-cı pilləyə enib.

Ötən ay eyni xalla 115-ci pillədə olan yığmamızın geriləməsinə səbəb Sent-Vinsent və Qrenadin olub. Bu komandanın 6 pilləlik irəliləyişi eyni sayda millinin, o cümlədən yığmamızı 1 addım geri salıb.

Millimiz və “qonşuları”
111 (110). Sudan - 288
112 (111). Liviya - 281
112 (111). Sent-Kitts və Nevis - 281
114 (113). Namibiya - 279
115 (114). Kanada - 277
116 (115). AZƏRBAYCAN – 264
117 (117). Keniya - 258
118 (118). Dominikan Respublikası - 257
119 (119). Niger - 252
120 (121). Moldova – 245

İlk “onluq”da heç bir dəyişiklik baş verməyib. Düzdü, Argentina və Braziliya xal hesabını artırmağa nail olub. Lakin bu dəyişiklik onların mövqeyində əksini tapmayıb. Almaniyanın 1-ci olduğu siyahıda Argentina 2-ci, Belçika 3-cü pillədə qalıb.

İlk “onluq”

1 (1). Almaniya – 1687
2 (2). Argentina – 1494
3 (3). Belçika – 1457
4 (4). Kolumbiya – 1412
5 (5). Braziliya – 1372
6 (6). Hollandiya - 1301
7 (7). Portuqaliya – 1221
8 (8). Uruqvay – 1176
9 (9). İsveçrə - 1135
10 (10). İspaniya – 1132

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibi də mövqeyini qoruyub. Bu komandaların xal hesabında da dəyişiklik qeydə alınmayıb.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
13 (13). İtaliya – 1085
17 (17). Xorvatiya – 977
67 (67). Bolqarıstan - 505
70 (70). Norveç - 491
149 (149). Malta – 158

Qeyd edək ki, qonşu Türkiyə yığması hesabında olan 603 xalla 52-ci yerdəki mövqeyini qoruyub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net