Müstəqil Kürdüstan qurulacaq - Məsud Bərzani
Tarix: 7-05-2015, 13:02 |
Çap et
Şimali İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani müstəqil Kürdüstanın qurulacağını bəyan edib.
SalamNews-un “Milliyet”ə istinadla verdiyi xəbərə görə, ABŞ səfəri zamanı Vaşintondakı Atlantika Şurasında çıxış edən M.Bərzani bildirib ki, referendum yolu ilə kürd xalqına öz müqəddəratını təyinetmə hüququ verilməlidir: "Bu, nə vaxt olacaq, deyə bilmərəm, amma müstəqil Kürdüstan qurulacaq, referendum keçiriləcək.
Hazırda İŞİD-ə qarşı mübarizə aparırıq. Bu səbəblə referendum bir müddətlik təxirə salınır, amma keçiriləcək."
M.Bərzani Mosulun İŞİD-dən xilas edilməyi üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib.