Gürcüstanlı eks-deputat: “Bakının avtoriteti...”
Tarix: 7-05-2015, 12:59 |
Çap et
“Avropa Oyunları Azərbaycana özünün zəngin milli mədəniyyətini məşhurlaşdırmağa, ölkədə idmanın daha da inkişafına şərait yaratmağa imkan verəcək”.
Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanın eks-deputatı Ramin Bayramov söyləyib. Onun sözlərinə görə, Azərbaycan istənilən çağırışın öhdəsindən effektiv gələ bilər:
“Bakıda Avropa Oyunlarının keçirilməsi ilk növbədə Azərbaycanın dinamik inkişafının açıq göstəricisidir. Belə böyük tədbirin keçirilməsini üzərinə götürmək cəsarəti hər ölkənin işi deyil. Üstəlik, əgər bu postsovet məkanında yerləşən diyardırsa, burada da mahiyyət nisbətən dəyişmiş olur. Ölkədə idmanın güclü şəkildə inkişafı dövlət siyasətinin düzgün qurulması, onun uzun müddətli və effektiv həyata keçirilməsindən asılıdır. Azərbaycanın dünya miqyasında avtoriteti çox yüksəkdir. O, istənilən cür çağırışları qəbul etmək və onların öhdəsindən effektiv gəlmək qabiliyyətinə sahibdir”.