Ermənistanda son zamanlar çörək istehsalı 60 faiz azalıb
Tarix: 7-05-2015, 12:23 | Çap et
Ermənistanda son zamanlar çörək istehsalı 60 faiz azalıb
Ermənistanda son zamanlar çörək istehsalı kəskin azalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "İrəvan çörək zavodu"nun sahibkarı Aşot Avetisyan "Joxovurd" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, ölkənin bir neçə şəhərində zavodları var. Sahibkar çörək istehsalının 60%-ə qədər azaldığını deyib. Aşot Avetisyan insanların köhnəlmiş çörəklərə daha çox tələb göstərdiyini söyləyir. Buna səbəb isə köhnəlmiş çörəyin iki dəfə ucuz satılmasıdır. Zavod rəhbəri bildirib ki, Ermənistanda insanlar artıq çörəyi evdə bişirməyə başlayıblar.

Xüsusilə, İrəvanda çörək istehsalının kəskin azalması şübhəsiz insanların ölkədən köçü ilə əlaqəlidir. Birdən-birə istehsalda 60%-lıq azalma ölkə iqtisadiyyatında dözülməz vəziyyət olduğunu göstərir. Ermənilərin xarici ölkələrə axın etməsi şəhərlərin boşalmasına və tələbatın azalmasına gətirib çıxarır.

Bununla yanaşı, insanlar mağazadan çörək almağın baha başa gəldiyini nəzərə alaraq qənaət etməyə çalışırlar. Evdə çörək bişirməyin daha ucuz olduğunu bilən ermənilər bu yolla ac qalmaq risklərini azaltmağa çalışırlar.

Xatırladaq ki, Ermənistanda ev şəraitində çörək bişirmə adəti Qarabağ müharibəsi illərində yayılmışdı. Ermənilərin çörək almaqda çətinlik çəkdiyi bu ölkədə iqtisadi vəziyyətin hansı səviyyədə olduğunu izah etməyə ehtiyac yoxdur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net