“Səhnədə ayaqyalın oxuyurdum” (VİDEO)
Tarix: 7-05-2015, 11:53 | Çap et
“Səhnədə ayaqyalın oxuyurdum” (VİDEO)
Qardaş ölkədə keçirilən “Səsi çox gözəl” mahnı müsabiqəsinin son buraxılışında maraqlı dialoq yaşanıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin reytinqli televiziyalarından birində yayımlanan “Səsi çox gözəl” adlı proqramın bu həfə baş tutan final mərhələsində yarışan Rifka Razon adlı iştirakçı səhnəyə ayaqyalın çıxıb.

Müsabiqənin jüri heyətindən olan məşhur müğənni Sertab Erener də seçdiyi yarışçıya dəstək olaraq bu şəkildə səhnədə daha rahat ola biləcəyini, hətta bir vaxtlar özünün də bu şəkildə mahnılar oxuduğunu dilə gətirib.

Sonra zarafatyana: “pulum yox idi, ayaqqabı ala bilmirdim”, - deyə sözlərinə əlavə edib.

Səhnədə uğurlu çıxış edən iştirakçı Rifka Razon isə tamaşaçıların səsverməsi nəticəsində həftənin birincisi seçilib.

Qeyd edək ki, sözügedən yarışmanın jüri heyətində qardaş ölkənin tanınmış ulduzları Sertap Erener, Gökhan Türkmen və Sibel Can yer alır. Onların hər biri komandasına üç yarışmaçını qəbul edə bilər. Hər bölümdə 9 nəfər yarışır və nəhayət 13-cü həftənin sonunda birincilik əldə edən şəxs xaricdə musiqi rəhsili almaq imkanı və bir ev qazanacaq.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net