Özəllə dövlət məktəbləri arasında natarızlıq var - Nazir
Tarix: 6-05-2015, 17:02 | Çap et
Özəllə dövlət məktəbləri arasında natarızlıq var - Nazir
"Bu ildən ali təhsildə müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbini tətbiq ediləcək".

AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə deyib. O, bildirib ki, bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək: "Bir sıra ixtisaslara bu gün və ya əvvəlki illərdə qəbul olunan tələbələrin keçid balı, akademik bilikləri həmin ixtisaslar üzrə ali təhsil proqramını keyfiyyətli mənimsəyə kifayət etmir. Ona görə də müəyyən ixtisaslarda minimal bal tələbinin tətbiq edilməsi ilə akademik keyfiyyətin qaldırılması üçün addımlar atılacaq".

"Bu gün Azərbaycanda 4 481 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Lakin burada mühüm məqam odur ki, bugünkü gündə dövlət məktəbləri ilə özəl məktəblər arasında natarızlıq görürük. Ona görə də bazarda boşluq var"-deyən Mikayıl Cabbarovun sözlərinə görə, əgər bu gün Azərbaycanın ümumtəhsil sistemində 1,3 milyona yaxın şagird təhsil alırsa, onlardan da təxminən 10 mini özəl məktəblərdə oxuyur:

"Bu da ümumi göstəricinin 1 faizindən də azdır. Biz əgər təhsilə hansısa məhsul kimi baxsaq, özəl sektorda məktəblərin ixtiyarında olan resurslar dövlət məktəblərinin ixtiyarında olan resurslarla eyni vəziyyətdə olmadığını görərik. Bu da təbiidir və kimisə günahlandırmaq olmaz. Burada məqsəd hansı resusrlarla hansı nəticələri real şəkildə vermək iqtidarında olmağı qiymətləndirməliyil. Bu da bizim strategiyımızı müəyyənləşdirmək üçün əsas . Bunun üçün lazımı strategiyalar hazırlanıb və tədbiq olunur. Buna görə də gələcəkdə yuxarı siniflərdə təmayülləçmə prinsipinin tədbiqini planlaşdırırıq".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net