Müsavatçılar Arif Hacılının istefasın tələb edir - AKSİYA
Tarix: 6-05-2015, 17:00 | Çap et
Müsavatçılar Arif Hacılının istefasın tələb edir - AKSİYA
Müsavat Partiyasının binası qarşısında etiraz aksiyası keçirilib.

Hafta.az-ın verdiyi məlumata görə, narazı kütlə partiyadan çıxarılanların yenidən bərpasını istəyiblər. Təxminən 30-40 müsavatçının qatıldığı aksiyada plakatlar qaldırılıb.

Hafta.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, etirazçılar Müsavat başqanının yenidən seçilməsini tələb edirlər. Etirazçıların əllərindəki plakatlarda "Növbədənkənar qurultay çağırılsın" sözləri qeyd olunub. Müsavat Partiyasının başqanı Arif Hacılı isə etiraz aksiyasına reaksiya göstərməyib.

Qeyd edək ki, piketin sonunda qətnamə oxunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net