Kreml Serjin işığını söndürür
Tarix: 6-05-2015, 16:04 |
Çap et
"Ermənistan Elektrik Şəbəkələri" şirkətinin baş direktoru Yevgeni Bibin Moskvaya gedib.
ANS PRESS-in məlumatına görə, bu barədə "Joxovurd" qəzeti xəbər yayıb.
Qəzetin gizli mənbələrdən əldə etdiyi xəbərə əsasən, ölkə prezidenti Serj Sarkisyanın da Moskvaya gəlməsi gözlənilir. Orada Ermənistanın taleyi həll olunacaq. Belə ki, istehlakçılar üçün elektrik enerjisi tarifləri bir kVt/saat üçün 6 dramdan 10 drama yüksəldilməsi barədə qəti qərar qəbul ediləcək.
Nəşrin informasiyasına görə, EEŞ mütəxəssisləri tariflərin artımı haqqında sifariş hazırlayıblar. Təklifə qiymətlərin 6-dan 10 drama qaldırılması aiddir.
"Serj Sarkisyanın mayın 8-9-da Moskvaya nəzərdə tutulmuş səfəri zamanı "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin taleyi bütovlükdə müəyyən ediləcək. İctimai xidmətlərin nizama salınması üzrə tariflərin artımı haqqında sifariş cümə günü, yaxud növbəti həftənin başlanğıcında Dövlət Komissiyasına təqdim ediləcək",- "Joxovurd" yazır.
Aydındır ki, Ermənistanın müstəqil dövlət kimi yoxluğu heç kəsdə şübhə doğurmur. Öz ölkəsində daxili məsələləri başqasının tənzimləməsi öz evində başqa kişinin hakim olması kimi bir şeydir. Bu baxımdan, bir balaca çətin vəziyyətə düşən kimi "böyük qardaş"ın yanına qaçmaq Sarkisyan kimi "rəhbərlərin" köhnə adətidir və İrəvanın Rusiyanın forpostu olmasının bir daha təsdiqidir.