Cabbarov söz verdi: layihələr təxirə salınmayacaq
Tarix: 6-05-2015, 15:55 | Çap et
Cabbarov söz verdi: layihələr təxirə salınmayacaq
"Cənab prezident dövlət gəlirlərin azalması fonunda büdcənin səmərəliliyinin artırılması ilə bağlı layihələrin vaxtını uzadıb. Bu Təhsilin İnkişafı Strategiyasında nəzərdə tutumuş hər hansı tədbirin uzadılmasına səbəb olmayacaq"

AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən biznes forumda deyib. Nazir bildirib ki, təhsil sahəsində gedən bütün işlər planlaşdırılmış şəkildə həyata keçiriləcək.

M.Cabbarov həmçinin diqqətə çatdırıb ki, il ərzində nazirlik tərəfindən onlarla təhsil müəssisəsinin tikilməsi və istifadəyə verilməsi nəzərdə tutulur.

"Bilirsiniz ki, ilin əvvəlindən bir neçə kənd məktəbi istifadəyə verilib. Anoloji şəkildə müvafiq icra strukturları tərəfindən də aidiyyatı üzrə tədbirlər həyata keçirilir. Bakı şəhərində məktəblərin tikilməsi, eləcə də planlaşdırılmış şəkildə nəzərdə tutulmuş sürətlə bütün işlər davam etdiriləcək. Bir sıra məktəblərdə cari təmir işləri gedir. Nazirlik tərəfindən yeni tikilən və əsaslı təmir olunan məktəblərin sayı 32 -dir".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net