Yəməndə hökumətə qarşı baş qaldıran üsyanlarla əlaqədar vəziyyət gərgin olaraq qalır.
ANS TV-nin məlumatına görə, Husi üsyançıları Nəcran şəhərində hökumət qüvvələrinin mövqelərini minaatanlardan atəşə tutublar. Hücumla əlaqədar şəhərin hava limanında aviareyslər təxirə salınıb. Hökumət eyni zamanda, məktəblərin də fəaliyyətini dayandırıb.
Hücumlar Səudiyyə Ərəbistanı rəhbərliyinin körfəzdə yerləşən ərəb ölkələrinin nümayəndələri ilə görüşü fonunda baş tutub. Görüşlər zamanı tərəflər Yəməndə dərinləşən böhran və regionun problemlərinə dair müzakirələr aparıblar. Sammitin fəxri qonağı isə, Fransa prezidenti Fransua Olland olub.