Oğluna nazirlikdə rüşvətlə iş axtaran qadına 10 min "atdılar"
Tarix: 6-05-2015, 15:18 | Çap et
Oğluna nazirlikdə rüşvətlə iş axtaran qadına 10 min "atdılar"
Bakıda baş vermiş dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub. Lent.az-ın məlumatına görə, Səbayel Rayon Polis İdarəsinə müraciət edən 1951-ci il təvəllüdlü Allahverdiyeva Əminə Firudin qızı tanışı tərəfindən aldadıldığını deyib.

64 yaşlı qadın şikayət ərizəsində qeyd edib ki, bir müddət əvvəl Məhərrəm adlı tanışına oğlu Emili nazirliklərdən birinə işə düzəltmək üçün 9900 manat verib. Onlar Neftçilər prospekti 67 ünvanının qarşısında, Bakı bulvarının kənarında görüşüblər və pul burada təqdim edilib. Lakin həmin şəxs verdiyi vədi yerinə yetirməyib və pulu geri qaytarmaqdan da imtina edib.

Hazırda müraciət əsasında araşdırmalar aparılır





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net