“ABŞ istədiyini almasaydı, indi bura Suriyanın günündəydi”
Tarix: 6-05-2015, 15:14 | Çap et
“ABŞ istədiyini almasaydı, indi bura Suriyanın günündəydi”
“Yayılan informasiyalarla insanlarda belə fikir formalaşdırmaq istəyirlər ki, Azərbaycan guya hansısa mühüm bir ölkədir. Yəni biz o qədər qüdrətli ölkəyik ki, bizim düşmənimiz ABŞ-dır.” Bu sözləri FaktXeber.com-a son günlər ölkə mediasında Azərbaycana qarşı ABŞ-ın böyük bir plan hazırladığına dair yayılan məlumatlara münasibət bildirərkən qeyd edib.

Politoloq bildirdi ki, yayılan informasiyalar sanki hansısa adi bir jurnalistin dünya şöhrətli boksçu Kliçkonu özünə rəqib təyin etməsinə bənzəyir: “Halbuki Kliçkonun belə bir adamın olmasından xəbəri yoxdur. ABŞ hazırda dünyanın güclü dövlətlərindən biridir. Azərbaycanın adı isə II, III dərəcəli ölkələr sırasında səsləndirilir.”

Hazırda Azərbaycan və ABŞ arasındakı münasibətlərin həddən artıq yaxşı olduğunu söyləyən politoloq, “ona görə ki, ABŞ güclü dövlət kimi Azərbaycandan nə istəmişdisə hamısını alıb. Almaq istədikləri neft, qaz və geosiyasi təsirlər idi ki, onların da hamısına nail olub. Bunun müqabilində isə hakimiyyət insan hüquqları, korrupsiya, demokratiya ilə bağlı məsələlərdə ABŞ-ı yaxın buraxmayıb” – deyə bildirdi:

“ABŞ-da öz növbəsində istədiyi şeyləri almaqla yanaşı, hakimiyyətin istəyinə uyğun olaraq insan hüquqları, korrupsiya, demokratiya kimi məsələlərə qarışmır. Arada “xala xətrin qalmasın” – deyə bir-iki bəyanat verirlər ki, guya biz demokratiyanın banisiyik. Əslində ABŞ Azərbaycanla məşğul olmur. Çünki məşğul olduğu ölkələrin taleyi göz qabağındadır. Suriya, Yəmən, İraq, Liviya kimi ölkələr o günə düşməklərinin səbəbi ABŞ-ın onlarla məşğul olmasının nəticəsidir.”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net