Aytacın qatilinin ailəsi ölkədən getdi
Tarix: 6-05-2015, 14:36 | Çap et
Aytacın qatilinin ailəsi ölkədən getdi
Aytac Babayevanın qatilinin atası iflic olub. Hadisədən sonra İzzətin atası Natiq Hüseynov xəstəxanada müalicə alır, bacıları isə qorxudan öz evində yaşamır.

Bu xəbəri azvision.az-a verən İzzətin qonşuları bildirib ki, atasının bədənində bir hissə işləmir:

“Aytacın qətlindən sonra onlar çox pis vəziyyətə düşdülər. İzzətin bacıları qorxudan evdə qalmırlar. Onlar Aytacın qohumlarının hər an hadisə törədəcəklərindən qorxduqları üçün gecə vaxtı evdən çıxdılar.

Biz onların Azərbaycanı tərk edərək Gürcüstana getdiklərini eşitmişik. Oğlunun əməlinə görə atası Natiq çox əzab və stress keçirib. Ürəyi buna tab gətirmədi. Onlar çox çətinlikə yaşayırdılar”.

Qeyd edək ki, Bakıda 11-ci sinif şagirdi Aytac Babayeva 20 yaşlı İzzət Hüseynov tərəfindən amansızlıqla qətlə yetirilib. İzzət Aytacı sevdiyini və onun başqasına veriləcəyini biləndə bu cinayəti törətdiyini deyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net