Dollar endi, avro qalxdı – Cədvəl
Tarix: 6-05-2015, 09:50 |
Çap et
Azərbaycanda dolların məzənnəsi bir az düşüb, avro isə bahalaşıb.
"Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1,0481 manat, avro isə 1,1767 manat təşkil edir.
Ötən gün dollar 1,0485 manat, avro isə 1,1676 manat olub.
Qeyd edək ki, fevralın 21-dən Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,1950 təşkil edir.