Deputat: “Ölkəmizi zəif görmək istəyənlər...”
Tarix: 5-05-2015, 18:03 |
Çap et
“Azərbaycanı zəif və asılı vəziyyətdə görmək istəyənlər öz istəklərinə nail olmayacaq. Onlar ölkəmizə qarşı təzyiqləri artırdıqca, biz daha çox inkişaf edəcək və onları müstəqil siyasət kursuna sadiq qalacağıq”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev söyləyib.
Onun sözlərinə görə, təxribatçı qüvvələr öz məqsədlərinə nail ola bilməyəcək:
“Ölkəmiz hər dəfə hansısa mötəbər tədbirə ev sahibliyi edəndə və ya hər hansı beynəlxalq uğur əldə edəndə təxribatçı niyyət və ssenarilər işə düşür. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Əksər dövlətlərin müxtəlif güclərə arxalanıb siyasət yürütməsi, onların forpostu rolunda çıxış etməsi fonunda Azərbaycan müstəqil siyasət yürüdür. Müstəqil siyasətin nəticəsi olaraq böyük uğurlar əldə edir, ən yüksək səviyyədə sabitliyi təmin edir. Əlbəttə, regionda güclü, inkişaf edən, müstəqil dövlətin olması bəzilərini narahat edir və onlar hər vəchlə buna nail olmağa çalışırlar. Amma unudurlar ki, bu yolla ölkəmizi haqq yolundan döndərmək və geri çəkilməyə təhrik etmək mümkün olmayacaq”.