Sorğunun nəticəsindən göründüyü kimi, vəziyyət heç də ürəkaçan deyil
Astara sakinləri seçdiyi millət vəkilini tanımır. Söylənilənlərdən belə nəticəyə gəlmək olar ki, Aslan Cəfərov da təbliğat kampaniyası zamanı vədlər verib sonra əməl etməyən millət vəkillərindəndir.
Biz səslənən ittihamlara aydınlıq gətimək məqsədilə BTV olaraq Aslan Cəfərovla əlaqə saxlamağa çalışdıq , lakin cəhdlərimiz boşa çıxdı.İstənilən halda qarşı tərəfi dinləyib ,münasibətini işıqlandırmağa hazırıq.