Davudoğlu öldürülən 146 azərbaycanlıdan danışdı
Tarix: 5-05-2015, 17:50 | Çap et
Davudoğlu öldürülən 146 azərbaycanlıdan danışdı
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ərdəhanda CHP lideri K.Kılıçdaroğlunu və partiyasını 146 azərbaycanlının ölümündə günahlandırıb.

Axar.az xəbər verir ki, Davudoğlu 1946-cı il hadisələrini bir daha yada salaraq, o vaxtkı Ankara iqtidarının səhv addım atdığını deyib:

“AKP-də ayrı-seçkilik yoxdur. 1919-cu ildə Türkiyə necə idisə, 2002-ci ildə də belə idi. İşğal altında deyildik, amma dövlətimizin gücü zəif idi. Buradan bütün Qafqaz ölkələrinə səslənirəm: Qafqazın sülhü üçün əlimizdən gələni edərik. Heç bir güc qarşısında boyun əymərik. Kılıçdaroğlunun milli şefi 146 azəri qardaşımızı Sovetlərə təslim etmişdi. Bu da onun izi ilə gedir. O, azərbaycanlılara xəyanətkar dedirdən adamdır”.

Xatırladaq ki, 1946-cı ildə 146 azərbaycanlı ziyalı Stalinin zülmündən xilas olmaq üçün Türkiyəyə sığınıb. Stalin Türkiyədən azərbaycanlıların təhvil verilməsini istəyib. O vaxt hakimiyyətdə olan CHP-dən əmir gəlib və onlar SSRİ-yə təhvil verilib. Vəziyyəti başa düşən azərbaycanlılar, “Xahiş edirik, bizi burada gülləyin, öz bayrağımız altında ölək”, – deyiblər. Amma onların xahişi nəzərə alınmayıb.

Polis bölməsi komandirinin bu hadisədən sonra özünü öldürdüyü qeyd edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net