“Neftin bahalaşması Allahdan asılıdır” – Nazir
Tarix: 5-05-2015, 14:39 |
Çap et
Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi neftin ucuzlaşmasından razı qaldıqlarını bildirərək bəyan edib ki, yalnız Allahın iradəsi neftin dünya qiymətlərini müəyyən edir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın “CNBC” telekanalı xəbər yayıb.
“Heç kim neftin qiymətini müəyyən edə bilməz, bu Allahın iradəsindən asılıdır”,- deyə, Əl-Nəimi Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaq istəməməsi ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Əl-Nəimi həmçinin, İranın neft bazarına qayıtması perspektivi onları ümumiyyətlə narahat etmir.