Millət vəkili: “Susdurmağın ən yaxşı yolu...”
Tarix: 5-05-2015, 13:16 |
Çap et
“Azərbaycan öz yoluna baxmalıdır. Çünki Qarabağ, “soyqırım” məsələsində də eyni kampaniyalar gedir və hansısa düşmən niyyətli qüvvələr susmaq və fəaliyyətsiz dayanmaq fikrində deyillər”.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycanda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən deyib. Onun sözlərinə görə, niyyəti pis olanların bu yoldakı fəaliyyətlətindən əl çəkmələrini gözləmək sadəlövhlük olardı:
“İndiki şərtlərdə, məncə, biz öz yolumuzu tutub irəli getməliyik. Yəni susdurmağın ən yaxşı yolu cavab vermək deyil, ortaya fəaliyyət qoymaqdır. Azərbaycan məsələyə susdurmaq və cavab düşüncəsi ilə yanaşmamalıdır. Konkret olaraq tədbiri möhtəşəm şəkildə keçirərək cavab verməlidir ki, belə bir mühüm tədbiri keçirməyə gücü, imkanı, resursları çatan bir ölkədir. Ən əsası bu məsələni gündəmdə saxlamaq lazımdır. Yoxsa hər tərəfdən Azərbaycana qarşı aparılacaq kampaniyalara və gözdən salma istiqamətində atılacaq addımlara uysaq, çox şeyləri qaçırmış və uzaqlaşmış olarıq. Bu baxımdan hesab edirəm ki, bütün diqqət tədbirin daha yüksək səviyyədə keçirilməsinə yönəlməlidir”.