Neftimiz 63.31 dollara satılır
Tarix: 22-04-2015, 15:22 | Çap et
Neftimiz 63.31 dollara satılır
"Azeri Light" markalı Azərbaycan neftinin bir barreli London əmtəə birjasında ötən gün 63.31 dollara satılıb.

ANS PRESS xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatına görə, bu, aprelin 20-də qeydə alınmış qiymətdən 0.55 dollar azdır.

Ümumiyyətlə, Nyu-York və London birjalarında neftin qiymətində ucuzlaşma davam edir. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.31 dollar (0.55%) azalaraq 56.30 dollar təşkil edib. London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar (0.23%) ucuzlaşaraq 61.94 dollar olub.

Xatırladaq ki, Azərbaycanda bu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 90 dollar götürülüb.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net