Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
Tarix: 15-06-2020, 12:36 | Çap et
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA

“Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırmalarla məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb:

“Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunacaq”.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.

Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənləri, rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net