Hadı Rəcəbli qardaşını icra başçısı gətirir? - İDDİA
Tarix: 27-01-2016, 09:40 | Çap et
Hadı Rəcəbli qardaşını icra başçısı gətirir? - İDDİA
Lənkəran rayon İcra Hakimiyyətindəki çəkişmələr və yaranmış qruplaşmalar haqqında zaman-zaman ölkə mətbuatında yazılıb.

Ölkədə baş verən sonuncu devalvasiyadan sonra yaranmış iqtisadi-sosial vəziyyətin ağırlığına görə bir neçə rayonda vətəndaşlar tərəfindən etiraz aksiyaları keçirildi. Bu rayonlardan biri də Lənkəran idi. Yanvar ayının 12-də Lənkəran rayonunun Liman qəsəbə sakinlərinin bahalaşmaya etiraz olaraq Ələt-Astara yolunu bağlamaları sözügedən rayonu yenidən ölkə mətbuatının diqqətinə gətirdi.

Vertikal.az Qlobal.az-a istinadən xəbər verir ki, saytın bu cür məlumatları mətbuata Qaraşovun rəqibləri ötürür.

Məlumatlara görə Taleh Qaraşovun rəqibləri "AAAF İNŞAAT”-ın təsisçisi Tofiq Heydərov, rayon Maliyyə idarəsinin rəisi İqbal Rəcəbov (Hadı Rəcəblinin qardaşıdır) və Dövlət Yol Polisinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşviq Rəhimovdur (Hadı Rəcəblinin xalası oğludur).

Rəcəbov, Heydərov və Rəhimov yaranmış əlverişli məqamdan istifadə edərək Qaraşovu rayon rəhbərliyindən uzaqlaşdırmaq üçün ciddi fəaliyyətə, kompromat savaşına başlayıblar. Belə ki, məlum üçlüyün təsiri altında olan yerli icra hakimiyyətindəki mənbələrdən mütəmadi olaraq məlumatlar alınıb mediaya ötürülür.

Verilən məlumata görə üçlüyü koordinasiya edən isə Lənkarandan deputat seçilmiş Hadı Rəcəblidir. Qardaşı İqbal Rəcəbovu rayon icra hakimiyyətinin başçısı vəzifəsində görmək arzusu ilə yaşayan Hadı Rəcəbli deyilənə görə mediada işıqlandırılmasını məsləhət görmədiyi informasiyaları rəhbərliyə özü şəxsən çatdırmaq niyyətindədir.

Mənbənin sözlərinə görə məlum son olaylardan sonra Prezident Administrasiyası tərəfindən ciddi xəbərdarlıq alan Taleh Qaraşov da situasiyanın fəqindədir və bütün mümkün vasitələrdən istifadə edərək rəqiblərinə qarşi ciddi müqavimət göstərir.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net