Azərbaycan türk ordusunu Şuşada yerləşdirsə... – İsti şərh
Tarix: 16-11-2020, 16:47 | Çap et
Azərbaycan türk ordusunu Şuşada yerləşdirsə... – İsti şərh

Noyabrın 10-da qəbul edilən Bəyanata görə, Türkiyə hərbçilərinin sülhməramlı əməliyyatda iştirakı nəzərdə tutulmayıb. Bu mənada Türkiyə hərbçilərinin Azərbaycanda hansı statusda iştirak etməsi bizdən asılıdır.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Bakı Türkiyə hərbçilərinin Şuşa, Laçın, Kəlbəcər və ya Ağdam rayonu ərazisində yerləşlədirilməsini istəsə, heç kim buna mane ola bilməyəcək:

“Türkiyənin F-16 hərbi təyyarələri aylardır Azərbaycan ərazisindədir və elə bu məsələni də həll edib, strateji müttəfiqimizin ərazimizdə hərbi hava qüvvələrinin bazasını rəsmiləşdirmək lazımdır.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Bu qanunun icrasını sürətləndirmək lazımdır”.




Xəbərlər
 
 
 
25-11-2020 23:28
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net