Sənətçilərin hobbisi nədir? – SORĞU
Tarix: 24-11-2015, 13:34 |
Çap et
Teleqraf.com məşhurlar arasında sorğu keçirib: “Hobbiniz varmı?”
Nəticələri təqdim edirik.
Faiq Ağayev: "İki hobbim var: kitab oxumaq və film izləmək. Hər hansı döş nişanı-filan yığmıram".
Nura Suri: "Əvvəllər hobbim var idi, indi yoxdur. Dünyaca məşhur brendlərin saatlarını alıb yığırdım. Bununla yanaşı, qızıl pullar yığmaq da hobbim idi. Xarici ölkəyə gedən zaman o ölkənin milli qızıl pullarını alırdım. Sonra həyatda bir sıra problemlər yaşayanda onları satdım və hobbimdən uzaqlaşdım".
Günay İbrahimli: "Mənim hobbim şəkil çəkdirmək və maşın sürməkdir. Maşın sürməyi çox sevirəm".
Oksana Rəsulova: "Hobbim xarici ölkələrə gedəndə milli rəqs paltarında gəlincik almaqdır. Gəlinciklər isə qeyri-adi və rəqslə bağlı olmalıdır".
İlkin Həsəni: "Foto çəkməyi çox sevirəm. 20 ildir ki, hobbi olaraq şəkil çəkməklə məşğulam. Daha çox təbiətlə bağlı fotoları çəkməyi sevirəm. Maraqlı şəkilləri çəkib sosial şəbəkələrdə dostlarımla paylaşıram".
Xəyyam Nisanov: "Hobbim var, amma o haqda hələ ki, açıqlama vermək istəmirəm".
Fatimə Fətəliyeva: "Hobbim işləməkdir. Niyam Səlami adımı “ana qarışqa” qoyub. Allah hamıya can sağlığı versin. İşə görə vaxtın necə keçdiyindən xəbərimiz olmur".
Eldar Qasımov: "Hobbim çoxdur. Həyatda çox şeylərlə maraqlanıram. Hobbim xarici dil öyrənmək, yemək bişirməkdir".