Ana Sayfa > Xəbər > Sənətçilərin hobbisi nədir? – SORĞU
Sənətçilərin hobbisi nədir? – SORĞU24-11-2015, 13:34. Yazar: admin |
Teleqraf.com məşhurlar arasında sorğu keçirib: “Hobbiniz varmı?” Nəticələri təqdim edirik. Faiq Ağayev: "İki hobbim var: kitab oxumaq və film izləmək. Hər hansı döş nişanı-filan yığmıram". Nura Suri: "Əvvəllər hobbim var idi, indi yoxdur. Dünyaca məşhur brendlərin saatlarını alıb yığırdım. Bununla yanaşı, qızıl pullar yığmaq da hobbim idi. Xarici ölkəyə gedən zaman o ölkənin milli qızıl pullarını alırdım. Sonra həyatda bir sıra problemlər yaşayanda onları satdım və hobbimdən uzaqlaşdım". Günay İbrahimli: "Mənim hobbim şəkil çəkdirmək və maşın sürməkdir. Maşın sürməyi çox sevirəm". Oksana Rəsulova: "Hobbim xarici ölkələrə gedəndə milli rəqs paltarında gəlincik almaqdır. Gəlinciklər isə qeyri-adi və rəqslə bağlı olmalıdır". İlkin Həsəni: "Foto çəkməyi çox sevirəm. 20 ildir ki, hobbi olaraq şəkil çəkməklə məşğulam. Daha çox təbiətlə bağlı fotoları çəkməyi sevirəm. Maraqlı şəkilləri çəkib sosial şəbəkələrdə dostlarımla paylaşıram". Xəyyam Nisanov: "Hobbim var, amma o haqda hələ ki, açıqlama vermək istəmirəm". Fatimə Fətəliyeva: "Hobbim işləməkdir. Niyam Səlami adımı “ana qarışqa” qoyub. Allah hamıya can sağlığı versin. İşə görə vaxtın necə keçdiyindən xəbərimiz olmur". Eldar Qasımov: "Hobbim çoxdur. Həyatda çox şeylərlə maraqlanıram. Hobbim xarici dil öyrənmək, yemək bişirməkdir". Geri dön |