Tovuzda quyuya düşən fəhlələri xilas etmək mümkün olmadı
Tarix: 23-11-2015, 17:21 |
Çap et
Tovuzda iki fəhlə quyuya düşüb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Düz Qırıqlı kəndində 2 nəfər fəhlənin quyuya düşməsi haqqında məlumat daxil olub.
FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər dərinliyi 4 m olan kanalizasiya quyusundan 1966-cı il təvəllüdlü Mürşüdov Azad Qərib oğlu və 1957-ci il təvəllüdlü Musayev Zaman Əsgər oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.