Ana Sayfa > Xəbər > Tovuzda quyuya düşən fəhlələri xilas etmək mümkün olmadı
Tovuzda quyuya düşən fəhlələri xilas etmək mümkün olmadı23-11-2015, 17:21. Yazar: admin |
Tovuzda iki fəhlə quyuya düşüb. Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Düz Qırıqlı kəndində 2 nəfər fəhlənin quyuya düşməsi haqqında məlumat daxil olub. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər dərinliyi 4 m olan kanalizasiya quyusundan 1966-cı il təvəllüdlü Mürşüdov Azad Qərib oğlu və 1957-ci il təvəllüdlü Musayev Zaman Əsgər oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Geri dön |