Qaz oğruları dövlətə yarım milyon ziyan vurublar
Tarix: 23-11-2015, 16:49 | Çap et
Qaz oğruları dövlətə yarım milyon ziyan vurublar
“Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

“Azəriqaz”-dan verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı ölkə üzrə 2165 əhali, 37 qeyri-əhali abonentinin qaz təsərrüfatına dair “qüsur aktı” tərtib olunub.

“Tərtib olunmuş müvafiq aktlar əsasında itirilmiş təbii qaza görə dəymiş ziyan 555 min 466 manat dəyərində hesablanıb”, - deyə “Azəriqaz”-dan bildirilib.

Qurumdan həmçinin bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına və dəymiş ziyanın ödənilməsinə yönəlmiş tədbirlər mütəmadi olaraq davam etdirilir.
Oxu.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net