Ana Sayfa > Xəbər > Qaz oğruları dövlətə yarım milyon ziyan vurublar
Qaz oğruları dövlətə yarım milyon ziyan vurublar23-11-2015, 16:49. Yazar: admin |
“Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. “Azəriqaz”-dan verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı ölkə üzrə 2165 əhali, 37 qeyri-əhali abonentinin qaz təsərrüfatına dair “qüsur aktı” tərtib olunub. “Tərtib olunmuş müvafiq aktlar əsasında itirilmiş təbii qaza görə dəymiş ziyan 555 min 466 manat dəyərində hesablanıb”, - deyə “Azəriqaz”-dan bildirilib. Qurumdan həmçinin bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına və dəymiş ziyanın ödənilməsinə yönəlmiş tədbirlər mütəmadi olaraq davam etdirilir. Oxu.az Geri dön |