"Lider" TV Milli Teleradio Şurasını məhkəməyə verməyib - Açıqlama
Tarix: 23-11-2015, 11:50 | Çap et
"Lider" TV Milli Teleradio Şurasını məhkəməyə verməyib - Açıqlama
“Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib. “Report”un xəbərinə görə, “Lider” TV MTRŞ-nın bu televiziya kanalı ilə bağlı qəbul etdiyi qərarının ləğv olunmasını istəyir.

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov isə Modern.az saytına açıqlamasında məlumatı təkzib edib:

“İnformasiya tamamilə yanlışdır. “Lider” televiziyası Milli Televiziya və Radio Şurasını məhkəməyə verməyib”.

“Lider” TV -nin “Lider Xəbər” Departamentinin rəisi İlham Abdulov da modern.az-a açıqlama verərkən bununla bağlı məlumatı olmadığını bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net