Ana Sayfa > Xəbər > "Lider" TV Milli Teleradio Şurasını məhkəməyə verməyib - Açıqlama
"Lider" TV Milli Teleradio Şurasını məhkəməyə verməyib - Açıqlama23-11-2015, 11:50. Yazar: admin |
“Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib. “Report”un xəbərinə görə, “Lider” TV MTRŞ-nın bu televiziya kanalı ilə bağlı qəbul etdiyi qərarının ləğv olunmasını istəyir. MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov isə Modern.az saytına açıqlamasında məlumatı təkzib edib: “İnformasiya tamamilə yanlışdır. “Lider” televiziyası Milli Televiziya və Radio Şurasını məhkəməyə verməyib”. “Lider” TV -nin “Lider Xəbər” Departamentinin rəisi İlham Abdulov da modern.az-a açıqlama verərkən bununla bağlı məlumatı olmadığını bildirib. Geri dön |