Fransa İŞİD-ə qarşı hərbi yardım istədi
Tarix: 17-11-2015, 16:29 |
Çap et
Fransanın Müdafiə Naziri Jan-İv Le Drian Brüsseldə Avropa Birliyindən olan həmkarları ilə görüşüb.
Axar.az xəbər verir ki, Fransa rəsmisi ölkə sərhədlərindən kənarda keçiriləcək hərbi əməliyyatlar və İŞİD-lə mübarizə üçün AB-dən yardım istəyib.
O, Lissabon müqaviləsinin 42.7-ci maddəsinin tətbiq olunması üçün AB-yə müraciət edib.
“Fransa bu təhdidlərə qarşı təkbaşına mübarizə apara bilməz”, - Fransa rəsmisi bildirib.
Qeyd edək ki, 42.7-ci maddəyə görə, AB-nə üzv olan ölkələrdən biri silahlı hücumla üzləşərsə, digər üzv ölkələr ona dəstək verməlidir.