Ana Sayfa > Xəbər > Fransa İŞİD-ə qarşı hərbi yardım istədi
Fransa İŞİD-ə qarşı hərbi yardım istədi17-11-2015, 16:29. Yazar: admin |
Fransanın Müdafiə Naziri Jan-İv Le Drian Brüsseldə Avropa Birliyindən olan həmkarları ilə görüşüb. Axar.az xəbər verir ki, Fransa rəsmisi ölkə sərhədlərindən kənarda keçiriləcək hərbi əməliyyatlar və İŞİD-lə mübarizə üçün AB-dən yardım istəyib. O, Lissabon müqaviləsinin 42.7-ci maddəsinin tətbiq olunması üçün AB-yə müraciət edib. “Fransa bu təhdidlərə qarşı təkbaşına mübarizə apara bilməz”, - Fransa rəsmisi bildirib. Qeyd edək ki, 42.7-ci maddəyə görə, AB-nə üzv olan ölkələrdən biri silahlı hücumla üzləşərsə, digər üzv ölkələr ona dəstək verməlidir. Geri dön |