İŞİD-dən alban nazirə: “Əsə-əsə məğlub olacaqsınız”
Tarix: 16-11-2015, 14:26 | Çap et
İŞİD-dən alban nazirə: “Əsə-əsə məğlub olacaqsınız”
Albaniyanın Daxili İşlər naziri Sami Tahiri İŞİD tərəfindən təhdid olunub.

Axar.az xəbər verir ki, nazirin elektron poçtuna göndərilən məktubda Parisdən sonra paytaxt Tiranada terakt hazırlanacağı qeyd olunub:

“Parisdən sonra növbə Tirananındır. Siz döyüşdə Allahın qarşısında əsə-əsə, titrəyərək məğlub olacaqsınız”.

Yerli medianın məlumatına görə, məktub İŞİD-in albanlardan ibarət “Qırmızı alay”ından göndərilib.

Nazir məsələ ilə bağlı Prezident Buyar Nişaniyə məlumat verib. Prezidentin əmri ilə Albaniya Milli Şurasının toplantısı keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net