Ana Sayfa > Xəbər > İŞİD-dən alban nazirə: “Əsə-əsə məğlub olacaqsınız”
İŞİD-dən alban nazirə: “Əsə-əsə məğlub olacaqsınız”16-11-2015, 14:26. Yazar: admin |
Albaniyanın Daxili İşlər naziri Sami Tahiri İŞİD tərəfindən təhdid olunub. Axar.az xəbər verir ki, nazirin elektron poçtuna göndərilən məktubda Parisdən sonra paytaxt Tiranada terakt hazırlanacağı qeyd olunub: “Parisdən sonra növbə Tirananındır. Siz döyüşdə Allahın qarşısında əsə-əsə, titrəyərək məğlub olacaqsınız”. Yerli medianın məlumatına görə, məktub İŞİD-in albanlardan ibarət “Qırmızı alay”ından göndərilib. Nazir məsələ ilə bağlı Prezident Buyar Nişaniyə məlumat verib. Prezidentin əmri ilə Albaniya Milli Şurasının toplantısı keçiriləcək. Geri dön |