İran və Türkiyə Suriya böhranının həllində siyasi potensiallarından istifadə etməlidir
Tarix: 6-11-2015, 15:27 | Çap et
İran və Türkiyə Suriya böhranının həllində siyasi potensiallarından istifadə etməlidir
İran və Türkiyə Suriya və İraqdakı böhranın həlli üçün siyasi potensiallarından istifadə etməlidir və bu sahədə əməkdaşlığı artırmalıdırlar.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın I vitse-prezidenti İshaq Cahangiri ötən axşam Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə telefon söhbətində deyib.

İ.Cahangiri Türkiyədə keçirilən parlament seçkilərində hakim partiyanın qələbə qazanması münasibətilə Ə.Davudoğlunu təbrik edib: “İran ötən 14 ildə Türkiyə hökuməti ilə çox yaxşı münasibətdə olub və ümid edirik yeni dönəmdə də əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi üçün böyük addımlar atacağıq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net