Ana Sayfa > Xəbər > İran və Türkiyə Suriya böhranının həllində siyasi potensiallarından istifadə etməlidir
İran və Türkiyə Suriya böhranının həllində siyasi potensiallarından istifadə etməlidir6-11-2015, 15:27. Yazar: admin |
İran və Türkiyə Suriya və İraqdakı böhranın həlli üçün siyasi potensiallarından istifadə etməlidir və bu sahədə əməkdaşlığı artırmalıdırlar. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın I vitse-prezidenti İshaq Cahangiri ötən axşam Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə telefon söhbətində deyib. İ.Cahangiri Türkiyədə keçirilən parlament seçkilərində hakim partiyanın qələbə qazanması münasibətilə Ə.Davudoğlunu təbrik edib: “İran ötən 14 ildə Türkiyə hökuməti ilə çox yaxşı münasibətdə olub və ümid edirik yeni dönəmdə də əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi üçün böyük addımlar atacağıq”. Geri dön |