
Rumıniya paytaxtı Buxarestdə minlərlə insan korrupsiya əleyhinə marşda iştirak edib.
"Report"un verdiyi xəbərə görə, kütləvi etirazlar ötən həftənin cümə günü gecə klubunda baş verən yanğından sonra başlayıb. Yanğında 30-dan çox adam həlak olub.
Nümayişçilər növbədərkənar seçkilərin və siyasi islahatların keçirilməsini tələb ediblər.
Kütləvi etirazlar başlayandan sonra baş nazir Viktor Ponta istefa verdiyini elan edib.

