Ana Sayfa > Xəbər > Rumıniyada kütləvi etirazlar davam edir

Rumıniyada kütləvi etirazlar davam edir


6-11-2015, 10:39. Yazar: admin
Rumıniyada kütləvi etirazlar davam edir
Rumıniya paytaxtı Buxarestdə minlərlə insan korrupsiya əleyhinə marşda iştirak edib.

"Report"un verdiyi xəbərə görə, kütləvi etirazlar ötən həftənin cümə günü gecə klubunda baş verən yanğından sonra başlayıb. Yanğında 30-dan çox adam həlak olub.

Nümayişçilər növbədərkənar seçkilərin və siyasi islahatların keçirilməsini tələb ediblər.

Kütləvi etirazlar başlayandan sonra baş nazir Viktor Ponta istefa verdiyini elan edib.

Geri dön