Saakaşvili Gürcüstandakı son dayağını itirdi
Tarix: 4-11-2015, 16:26 | Çap et
Saakaşvili Gürcüstandakı son dayağını itirdi
“Rustavi-2” televiziyası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Məhkəmə televiziyanın bütün səhmlərinin biznesmen Kibar Xalvaşiyə verilməsi haqqında qərar çıxarıb. Mətbuata açıqlama verən Xalvaşi isə hüquqlarının bərpa olunduğunu və Saakaşvili üzərində qələbə qazandığını bildirib.

Qeyd edək ki, 2004-2012-ci illər arasında “Rustavi-2” televiziyası 20 dəfə rəhbər dəyişikliyinə məruz qalıb. Kanalın sonuncu sahibləri eks-prezident Mixail Saakaşviliyə yaxınlıqları ilə seçilən Levan və Georgi Karamanişvili qardaşları olublar. Bu televiziya indiyə qədər Saakaşvilinin Gürcüstandakı sonuncu dayaqlarından biri hesab edilirdi. Müxalifət və televiziya rəhbərliyi “Rustavi-2” telekanalı ilə bağlı məhkəmə prosesini keçmiş Baş nazir Bidzina İvanişvilinin təşkil etdiyini iddia edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net